EN

Naxçıvanda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə artdı

BAKI, 12 avqust.TELEQRAF

Yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin güclənməsinə şərait yaradıb.

2025-ci ilin yanvar–iyul aylarında Naxçıvan Muxtar Respublikasında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan ticarət dövriyyəsi 274 milyon manatdan çox olub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 21,1 faiz artım deməkdir.

Chosen
84
teleqraf.com

1Sources