EN

Kəlbəcərdə yük avtomobili dərəyə aşıb, ölən var - Yenilənib 

Kəlbəcərdə yol-nəqliyyat hadisəsi nəticəsində ölən sürücünün kimliyi məlum olub..

"Report"un Qərb bürosunun məlumatına görə, Kəlbəcərdə yük maşınının dərəyə aşması nəticəsində aldığı xəsarətdən ölən sürücü, 1967-ci il təvəllüdlü Söhrab Süleymanovdur.

Faktla bağlı araşdırma aparılır.

***

“Report”un Qərb bürosunun əldə etdiyi məlumata görə, hadisə rayonun Qılıncı kəndində qeydə alınıb.

Yük avtomobilinin dərəyə aşması nəticəsində sürücü aldığı xəsarətdən hadisə yerində ölüb. Onun kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info 

Chosen
19
17
poliqon.info

10Sources