Bakı. Trend:
Azərbaycandakı Amerika Ticarət Palatası (AmCham Azərbaycan)Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındaimzalanmış sülh sazişini məmnunluqla qarşılayır. Bu tarixi sənədCənubi Qafqazda sabitlik, əməkdaşlıq və iqtisadi inkişaf üçün yenibir mərhələnin başlanğıcını qoyur.
AmCham Azərbaycan hesab edir ki, bu mühüm razılaşma təkcəuzunmüddətli sülhün təmin olunmasına deyil, həm də ticarət,investisiya və dayanıqlı iqtisadi artım üçün daha əlverişli mühitinformalaşmasına töhfə verəcək. Palata bu addımı regional iqtisadiinteqrasiyanın gücləndirilməsi və beynəlxalq biznes əməkdaşlığıüçün yeni imkanların açılması baxımından mühüm hadisə kimiqiymətləndirir.
Bu münasibətlə AmCham Azərbaycan, sazişin əldə olunmasındagöstərdiyi rol və verdiyi dəstəyə görə Amerika Birləşmiş Ştatlarınavə ABŞ Prezidenti Donald J. Trampa dərin minnətdarlığını ifadəedir. Palata, ABŞ-ın regionda sülhün, sabitliyin və rifahıntəşviqinə sadiqliyini yüksək qiymətləndirir.
Sülh və sabitlik iqtisadi inkişafın əsas təməl daşlarıdır. Butarixi saziş isə hər iki ölkə və bütün region üçün yeni imkanlarınqapısını açır. AmCham Azərbaycan bu uğurun əldə olunmasındabeynəlxalq tərəfdaşların konstruktiv əməkdaşlığını yüksəkdəyərləndirir.
Azərbaycanda müxtəlif sahələri təmsil edən 270-dən artıq üzvşirkəti birləşdirən aparıcı biznes assosiasiyası kimi AmChamAzərbaycan dialoqun inkişafına, tərəfdaşlıqların gücləndirilməsinəvə dayanıqlı sülh ilə iqtisadi tərəqqiyə töhfə verən təşəbbüslərindəstəklənməsinə sadiqdir.
AmCham Azərbaycan haqqında
1996-cı ildə yaradılmış Azərbaycandakı Amerika Ticarət Palatasıölkənin ən böyük və nüfuzlu biznes assosiasiyalarından biridir.270-dən çox üzv şirkəti ilə AmCham, biznes icması, Azərbaycanhökuməti və beynəlxalq tərəfdaşlar arasında körpü rolunu oynayaraqəlverişli biznes mühitinin təşviqi və ABŞ–Azərbaycan iqtisadimünasibətlərinin inkişafı istiqamətində fəaliyyət göstərir.