EN

Aİ Rusiyaya qarşı 19-cu sanksiya paketini hazırlayır

Avropa diplomatiyasının rəhbəri Kaya Kallas bildirib ki, Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 19-cu sanksiyalar paketi üzərində işləməyə davam edəcək.

“Rusiya tam və qeyd-şərtsiz atəşkəsə razı olmadığı üçün heç bir güzəşti müzakirə belə etməməliyik”, – xanım Kallas söyləyib.

O, əlavə edib ki, Aİ-nin Rusiyaya qarşı siyasətində mümkün dəyişiklik üçün ilk növbədə güclü monitorinq sistemi və təhlükəsizlik zəmanətləri ilə qeyd-şərtsiz atəşkəs əldə edilməlidir.

İyulun 18-də Aİ ölkələri 18-ci anti-Rusiya sanksiyalar paketini tətbiq etməyə razılaşıblar. Onun çərçivəsində qəbul edilən məhdudiyyətlər Rusiyanın 22 bankı ilə bütün əməliyyatları qadağan edir. Bundan əlavə, “Şimal axını” və “Şimal axını 2” sualtı boru kəmərlərinin birbaşa və dolayı istifadəsini məhdudlaşdırır.

Chosen
1
banker.az

1Sources