"Sumqayıt" klubu heyətini gücləndirməyə davam edir.
Offsideplus.az xəbər verir ki, onlar bu dəfə braziliyalı Keffel Resendeni heyətinə cəlb edib. Onunla 2+1 illik müqavilə imzalanıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
K. Resende son olaraq Portuqaliyanın "Portimonense" klubunda çıxış edib.
25 yaşlı cinah müdafiəçisi "Sumqayıt"ın heyətində 80 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, "Sumqayıt" heyətini buna qədər Pedro Pinto, Aleksa Yankoviç, Rauf Rüstəmli, Aleksandr Ramalinqom, Rayan Senhadji, Rüstəm Əhmədzadə, Nikola Ninkoviç, Abdul Raşid Mumini və Masaki Murata ilə gücləndirib.