Avqustun 15-də Donald Tramp və Vladimir Putinin görüşü zamanı ABŞ Alyaskanın Ankoric şəhəri üzərində hava məkanını bağlayacaq.
Operativ Media xəbər verir ki, bu barədə ABŞ Federal Aviasiya Administrasiyasının (FAA) bildirişində qeyd olunub.
Məlumata görə, səma 48,3 km radiusda və 5,5 km hündürlükdə “VIP-in hərəkəti” ilə əlaqədar bağlanacaq. Məhdudiyyətlər avqustun 16-da aradan qaldırılacaq.
Tramp avqustun 8-də bildirib ki, o, avqustun 15-də Alyaskada Putinlə görüşəcəyini gözləyir. Daha sonra Rusiya prezidentinin köməkçisi Yuri Uşakov da bu görüş planlarını təsdiqləyib. Onun sözlərinə görə, liderlər Ukrayna böhranının uzunmüddətli, sülh yolu ilə həllinə nail olmaq variantlarının müzakirəsinə diqqət yetirəcəklər.