EN

Netanyahu: İsrail HƏMAS və İran oxu na qarşı əməliyyatı başa çatdırmaq üzrədir

Oxu.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"İsrail Qəzza zolağında Fələstinin radikal HƏMAS hərəkatı və bölgədəki "İran oxu"nun digər üzvlərinə qarşı hərbi əməliyyatı başa çatdırmaq üzrədir".

Oxu.Az xəbər verir ki, bu fikri Qüdsdə İsrail parlamentinin muzeyinin açılış mərasimində çıxışı zamanı ölkənin Baş naziri Benyamin Netanyahu deyib.

"Məhz bu günlərdə, bizi məhv etməyə gələnlər üzərində böyük qələbələr qazandığımız əməliyyatı başa çatdırmaq ərəfəsindəyik. "İran oxu"nun qalıqlarını məhv etməyə, bütün girovlarımızı azad etməyə çalışdığımız bir vaxtda biz burada İsrailin varlığı və müstəqilliyi faktını qeyd edirik", - deyə Netanyahu bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
89
50
oxu.az

10Sources