EN

Tramp-Putin görüşünə görə hava məkanı bağlanacaq

ABŞ Prezidenti Donald Trampla Rusiya lideri Vladimir Putinin gözlənilən görüşü səbəbilə avqustun 15-də Alyaskada yerləşən Ankoric şəhəri üzərində hava məkanı bağlanacaq.

Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın Federal Aviasiya Administrasiyası məlumat yayıb.

Bildirilir ki, Amerika hakimiyyəti bu ştatın ən böyük şəhərinin səmasını 30 mil (48,3 kilometr) radiusda və 18 min fut (təxminən 5,5 min metr) hündürlükdə bağlayacaq.

Məhdudiyyətlər bir gün qüvvədə olacaq.

Chosen
61
publika.az

1Sources