Mətbəximizin əvəzolunmaz dadı olan soğan, yeməklərdə, şorbalarda və salatlarda geniş istifadə olunur. Limon və ədviyyatla da istehlak edilə bilən bu tərəvəz, yalnız ləzzəti ilə deyil, sağlamlığa faydaları ilə də tanınır.
E-saglam.az-ın məlumatına görə, son illərdə alternativ müalicələrə marağın artması ilə soğanın gözlənilməz şəfa xüsusiyyətləri daha çox gündəmə gəlir.
1. Soğan suyu – öskürəyə qarşı
Keçməyən öskürəklərdə soğan suyu faydalı ola bilər. Dad və qoxusunu azaltmaq üçün istifadədən sonra saqqız çeynəmək və ya dişləri fırçalamaq kifayətdir. Müntəzəm qəbul qısa müddətdə rahatlıq gətirir.
2. Yüksək hərarət
Ayaq altına qoyulan soğan dilimləri bədən istiliyini aşağı salmağa kömək edə bilər.
3. Soyuqdəyməyə təbii həll
Dilimlənmiş soğanı qaynar suya əlavə edib çay kimi içmək, yanında duzlu soğan üzükləri yemək soyuqluğun təsirini azalda bilər.
4. Qulaq ağrısı və küy
Qulaqda ağrı və ya zəng səsləri olduqda, soğanın orta hissəsini iki yerə bölüb pambıq kimi qulağa qoymaq bir neçə saat ərzində rahatlıq verə bilər.
5. Zehni rahatlama
Soğan doğrayarkən göz yaşının axması yalnız göz sağlamlığına faydalı deyil, eyni zamanda emosional rahatlama da təmin edir.
6. Yaralar və yanıqlar
Soğanın daxili nazik membranı Aloe Vera kimi kiçik xəsarət və yanıqlarda sağalmanı sürətləndirə bilər.
7. Yoluxmuş yaralar üçün qarışıq
Qaynadılmış süd, qızardılmış soğan və çörək qarışığı infeksiyalı yaraların təmizlənməsinə kömək edə bilər.
8. Günəş yanığı
Günəş yanığı olan nahiyəyə soğan dilimi qoymaq və ardından yumurta ağı çəkmək bərpanı sürətləndirə bilər.
9. Həşəratlardan qorunma
Soğan arı və ağcaqanadları uzaq tutmaq qabiliyyətinə malikdir. Yayda evin müxtəlif yerlərinə kəsilmiş soğan qoymaq bu həşəratların yaxınlaşmasının qarşısını ala bilər.
Soğan yalnız mətbəxdə deyil, evdə də təbii ilk yardım vasitəsi kimi faydalı ola bilər. Onun bu xüsusiyyətlərini yaxınlarınıza da danışaraq paylaşa bilərsiniz.
Qeyd: Soğanın bu istifadələrini yalnız həkim məsləhəti ilə sınayın.
Tərcümə: Könül Oruc
E-saglam.az