EN

Tramp onların portretlərini divardan endirdi

Donald Tramp keçmiş prezidentlər Barak Obama, Corc Buş (ata) və Corc Buşun (oğul) portretlərinin Ağ Evdə ziyarətçilərə açıq olmayan hissəyə köçürülməsi barədə göstəriş verib.

Paralel.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Məlumata görə, ABŞ-ın 44-cü prezidenti Obamanın portreti əvvəlcə Ağ Evin girişində yerləşirdi, lakin indi prezidentin şəxsi iqamətgahına aparan parad pilləkənlərinin yuxarısına asılıb. Bu zonaya yalnız prezidentin ailə üzvləri, ABŞ Gizli Xidmətinin əməkdaşları və məhdud sayda Ağ Ev personalı buraxılır. Eyni qaydada Buşların portretləri də həmin hissəyə keçirilib.

Məlumata əsasən, bu addım Donald Tramp ilə Obama arasında uzun illər davam edən gərginliyi vurğulayır. Tramp yaxınlarda Obamanı “dövlətə xəyanət”də günahlandırmış, onun administrasiyasını Rusiya tərəfindən ABŞ seçkilərinə guya müdaxilə ilə bağlı saxta kəşfiyyat məlumatı hazırlamaqda ittiham etmişdi.

Həmçinin, Donald Trampın Buş ailəsi ilə də uzunmüddətli siyasi ixtilaflarının olduğu vurğulanır.

Mənbələrin sözlərinə görə, Tramp Ağ Evin interyerində edilən bütün dəyişiklikləri şəxsən nəzarətdə saxlayır. Obamanın portreti əvvəllər də Böyük foyenin bir tərəfindən digərinə köçürülmüş, onun yerinə Trampın seçkiqabağı mitinq zamanı (Batler, Pensilvaniya ştatı) sui-qəsd cəhdindən bəhs edən bir tablo asılmışdı.

Ağ Evin protokoluna əsasən, son illərin prezidentlərinin portretləri binanın girişində, rəsmi tədbir və turist ziyarətləri zamanı qonaqların görə biləcəyi yerdə yerləşdirilməlidir.(musavat.com)

Chosen
47
paralel.az

1Sources