“Aston Villa”nın qapıçısı Cuo Qauçi karyerasını Avstraliyanın “Port Veyl” klubunda davam etdirəcək.
90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 25 yaşlı qolkiper bir illik icarə əsasında Avstraliya təmsilçisinin uğurları üçün çalışacaq.
Qauçi 2024-cü ilin qışında “Aston Villa”ya “Adelaide Yunayted” klubundan transfer olunub. Ötən mövsümün ikinci yarısını isə İngiltərə Çempionşipindən olan “Barnsli” klubunda icarə əsasında keçirmişdir.
Transfermarkt portalına görə, qapıçının bazar qiyməti 1,5 milyon avrodur. O, Avstraliya milli komandasında 7 oyun keçirib.
“Aston Villa”da hazırda əsas qapıçı heyətini təcrübəli Emiliano Martinez və Marko Bizot təşkil edir.