EN

Aİ Rusiyaya qarşı 19-cu sanksiyalar paketi üzərində işə başlayacaq

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 19-cu sanksiyalar paketi üzərində işə başlayacaq.

"Report"un "Reuters"ə istinadən verdiyi məlumata görə, bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas deyib.

“Rusiya tam və qeyd-şərtsiz atəşkəsə razı olmadığına görə, biz heç bir güzəşti belə müzakirə etməməliyik”,- o vurğulayıb.

Kallas Moskvaya qarşı ardıcıl addımlar atmağa çağırıb və qeyd edib ki, ilk növbədə atəşi dayandırmaq və etibarlı monitorinq sistemini təmin etmək və ciddi təhlükəsizlik zəmanətləri lazımdır.

Chosen
99
50
demokrat.az

10Sources