EN

“Sabah”ın oyununa satılan bilet sayı

Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin Bakıda keçiriləcək “Sabah” – “Levski” (Bolqarıstan) matçına satılan biletlərin sayı açıqlanıb.

"Football-plus.az" xəbər verir ki, indiyə qədər 5000 bilet satılıb. "Bank Respublika Arena"da keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 2, 4, 5 manat təşkil edir.

Azarkeşlər biletləri “iTicket.az”ın satış məntəqələrindən (iTicket.az-da onlayn satış), həmçinin oyun günü “Bank Respublika Arena”nın kassalarından əldə edə bilər.

Xatırladaq ki, “Sabah” – “Levski” matçı avqustun 14-də saat 20.00-da start götürəcək. Komandalar arasında keçirilən ilk görüş Masazır təmsilçisinin 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb.

Chosen
27
4
football-plus.az

10Sources