EN

Rusiya-Ukrayna arasında torpaq mübadiləsi olacaq – Tramp AÇIQLADI

ABŞ Prezidenti Donald Tramp bu cümə Rusiya Prezidenti Vladimir Putinlə görüşündə Ukraynaya müəyyən ərazilərin qaytarılmasına çalışacağını bildirib.

Viral.az BBC-yə istinadən xəbər verir ki, Tramp bu barədə bu dəqiqələrdə keçirilən mətbuat konfransında deyib.

“Rusiya Ukraynanın böyük bir hissəsini işğal edib. Onlar əsas ərazini işğal ediblər. Biz bu ərazinin bir hissəsini Ukraynaya qaytarmağa çalışacağıq”,-deyə Tramp bildirib.

Son Yazılar:

ABŞ lideri deyib ki, Rusiya ilə Ukrayna arasında bir növ ərazi mübadiləsi olacaq və Ukrayna üçün həm yaxşı, həm də pis gözlənti var.

Ağ Ev rəhbəri deyib ki, Alyaskada keçiriləcək danışıqlar Putini müharibəni dayandırmağa çağırmaq məqsədi daşıyan görüş olacaq. Eyni zamanda torpaq mübadiləsi gözlənilir.

O, Putinin danışıqlar zamanı ədalətli sövdələşmə təklif edəcəyi təqdirdə Avropa liderlərini məlumatlandıracağını deyib. 

Tram onu da bildirib ki, Rusiya Prezidentinə Ukraynadakı müharibəni dayandırmağı söyləməyi planlaşdırır. 

Amerika Prezidentinin sözlərinə görə, Putin həqiqətən müharibəni bitirmək istəyir. 

Bununla belə, Tramp qeyd edib ki, Rusiya lideri onu əvvəllər də məyus edib.

“Düşünürəm ki, Putinlə görüş yaxşı keçəcək, amma pis də gedə bilər”, – deyə Tramp yekunlaşdırıb.

Chosen
13
50
viral.az

10Sources