Təəssüf ki, Vaşinqtonda Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmanı qəbul edə bilməyən, bu uğura don geyindirən qüvvələr var.
Vətən müharibəsi dövründə bir qrup var idi... "Müharibəyə yox" şüarları ilə çıxış edirdilər.
Təbii ki, heç kim müharibə tərəfdarı deyildi. Amma şərtlər Azərbaycanı buna məcbur etdi. Başqa seçimi qalmamışdı.
Müharibəsiz sülh olmayacaqdı. Azərbaycan Ermənistanı sülhə məcbur etdi. Ordu, ölkə rəhbərliyi, güclü iradə və doğru siyasət Ermənistanı sülh masasına oturtdu.
Uzun sürən müzakirələrdən, ikitərəfli və çox tərəfli görüşlərdən sonra nəhayət sülhə gedən yolda ilk rəsmi imza da atıldı. İndi də vaxtilə "Müharibəyə yox" deyənlər sülhə ağız büzürlər. Daha doğrusu sülhə də "yox" deyirlər...
Elə bilirlər ki, Azərbaycan Ağ evə elə-belə rahatlıqla gedib. Xeyr. Böyük erməni lobbisinə rəğmən, regiondakı düşmənlərə rəğmən, Ermənistanı yönləndirməyə çalışan qüvvələrə rəğmən, ən nəhayətində Trampın öz komandasında olan ermənipərəstlərə rəğmən Vaşinqtona gedib çıxmaq mümkün olub.
Hüquq elmləri doktoru, professor Əmir Əliyev deyir ki, Vaşinqton sazişi Azərbaycan diplomatiyasının növbəti uğurudur.
Azərbaycan bütün şərtlərini qəbul etdirdi. Hətta rusların 2022-ci ildə "sülh müqaviləsini imzalayaq, amma status məsələsini gələcəyə saxlayaq" təklifini gözlərində, Fransanın arzusunu ürəyində qoydu. Hətta qəbul edilmək istənməyən "Zəngəzur dəhlizi" layihəsi gerçəkləşdirildi.
Elə bu səbəbdən də bütün Azərbaycan xalqını təbrik etməyə dəyər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.