EN

Kriştiano Ronaldo model Corcina Rodrigesə evlənmək təklifi verib - FOTO

"Əl-Nəsr"də çıxış edən portuqaliyalı ulduz Kriştiano Ronaldo model Corcina Rodrigesə evlənmək təklifi verib.

İdman.biz xəbər verir ki, Rodriges özü bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

O, Ronaldonun təklfini qəbul etdiyini yazıb və barmağında dəyərli üzüyü nümayiş etdirib: "Bəli qəbul edirəm. İndi və bütün həyatım boyunca".

Qeyd edək ki, Ronaldo və Rodriges 2016-cı ildən münasibətdədir.

İdman.biz

Chosen
10
5
idman.biz

10Sources