Türkiyənin Balıkesir şəhərində yeni zəlzələ baş verib.Metbuat.az xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Fövqəladə Halların İdarəedilməsi Agentliyi (AFAD) yayıb. Bildirilib ki, 4,4 maqnitudalı zəlzələ Sındırğı rayonunda yerli vaxtla 19:52-də (Bakı vaxtı ilə 20:52-də) qeydə alınıb.
Xatırladaq ki, avqustun 10-da da Sındırğıda 6,1 maqnituda gücündə dağıdıcı zəlzələ olmuşdu.