EN

Əvvəlcə qətlə yetirdi, sonra doğrayaraq dərəyə atdı...VİDEO

34 yaşlı kişi kirayə qaldığı evdə yatdığı yerdə qətlə yetirilib. Meyiti isə doğranaraq Ağsudakı müxatəlif ərazilərə atılıb.

Xezerxeber.az xəbər verir ki, hadisə avqustun 4-də paytaxtın Nəsimi rayonu Rasim Mustafayev küçəsində törədilib.

Qonşuların sözlərinə görə, əslən Tərtərdən olan İsgəndər Əliyev paytaxtdakı tikinti şirkətlərindən birində iş icraçısı kimi çalışıb. O, payızda toy etməyə hazırlaşırmış...

Qonşular bildiriblər ki, hadisə baş verən gecə ev sahibi özü də evdə olub. İsgərdər Əliyev və yoldaşları kirayə qaldıqları evin birinci mərtəbəsində, ev sahibi isə 3-cü mərtəbədə yaşayır. Hadisənin tamah məqsdi ilə törədildi iddia edilir.

Məlumata görə, hadisəni törədənlər mərhumun ölümünü 3 gün gizlədə biliblər. Lakin ailəsi İsgəndərlə danışa bilmədiyində onun Bakıda kirayə yaşadığı mənzilə gəlib. Qətlin üstü də bundan sonra açılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Chosen
176
24
xezerxeber.az

10Sources