EN

ADNSU və Vorvik tələbələrinin “Rheidol” səfəri

Sia Az portalından verilən məlumata əsasən, ain.az bildirir.

ADNSU və Vorvik Universitetinin ikili diplom proqramının tələbələri Böyük Britaniyanın ən böyük su elektrik stansiyasında olublar

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə Böyük Britaniyanın Vorvik Universiteti arasında magistratura səviyyəsində həyata keçirilən “Bərpaolunan enerji mənbələri” üzrə beynəlxalq ikili diplom proqramının 2024/2025-ci tədris ili üzrə təhsil alan tələbələri üçün təşkil olunan yay məktəbi çərçivəsində növbəti ekskursiya baş tutub.

SİA-nın məlumatına görə, ADNSU-dan bildirilib ki, proqram çərçivəsində tələbələr İngiltərə və Uelsdəki ən böyük su elektrik stansiyası olan “Rheidol”u ziyarət ediblər. Ekskursiyaya Vorvik Universitetinin professorlarından olan Mariya Tarin rəhbərlik edib, həmçinin ADNSU-nun müəllimi Mahmud İsmayılov müşayiətçi qismində qatılıb.

Sahə ziyarəti zamanı tələbələr hidroenergetika proseslərinin idarə olunmasını yerində izləyərək bərpaolunan enerji sistemlərinin real iş prinsiplərini daha dərindən öyrəniblər. Onlar su turbinləri, generatorlar və digər hidrotexniki avadanlıqların mürəkkəb idarəetmə mexanizmləri ilə yaxından tanış olub, infrastrukturun miqyası və texniki imkanlarına heyranlıqlarını ifadə ediblər.

Bu ekskursiya tələbələrin dərsliklərdən və elektron resurslardan əldə etdikləri nəzəri bilikləri praktik müşahidələrlə möhkəmləndirməsinə imkan yaradıb. Yay məktəbi çərçivəsində keçirilən bu ikinci sahə ziyarəti tələbələrin davamlı enerji texnologiyaları və onların səmərəli idarə olunması ilə bağlı perspektivlərini genişləndirərək, akademik biliklərini zənginləşdirib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
80
2
sia.az

10Sources