EN

Şkendiya nın futbolçusu: Qarabağ güclü, ciddi rəqibdir

Sportal.az saytından alınan məlumata görə, ain.az bildirir.

"Şkendiya"nın yarımmüdafiəçisi Kamer Qaka UEFA Çempionlar Liqası 3-cü təsnifat mərhələsinin "Qarabağ"la cavab görüşündən öncə keçirilən mətbuat konfransında iştirak edib.

Sportal.az 30 yaşlı albaniyalı futbolçunun fikirlərini diqqətinizə çatdırır:

- Bakıya hansı istəklə gəlmisiz? "Qarabağ"ı məğlub edə biləcəksiz?

- Çətin matç olacağını bilirik. Öz oyunumuzu oynayacağıq. "Qarabağ" güclü, ciddi rəqibdir. İlk qarşılaşmada təəssüf ki, istədiyimiz səviyyədə oynaya bilmədik. 

- "Qarabağ"ın heyətində hansı oyunçu sizə çətinlik yaratdı?

- Fərd olaraq onu deyə bilmərəm. Futbolçulara fərdi fikir vermirəm. Futbol komanda oyunudur. "Qarabağ" kollektiv oynayır. Ona görə ad çəkməyəcəm.

- Əvvəlki mərhələdə FKSB-ni keçməyiniz sizə motivasiya verir?

- Hər oyunçunun istəyi odur ki, qələbə qazansın. Biz də oyuna bu niyyətlə çıxacağıq. FKSB ilə matçda qələbə bu görüş üçün fakt deyil.

Mirbağırağa

saytlarin hazirlanmasi

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
55
31
sportal.az

10Sources