EN

Qarabağ la ilk görüşdə istədiyimiz səviyyədə oynaya bilmədik Şkendiya nın futbolçusu

Qol.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Çətin oyun olacağını bilirik. "Qarabağ" güclü, ciddi rəqibdir. İlk qarşılaşmada təəssüf ki, istədiyimiz səviyyədə oynaya bilmədik. Bu dəfə isə öz oyunumuzu oynamağa çalışacağıq".

QOL.az xəbər verir ki, bu sözləri UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunu çərçivəsində sabah "Qarabağ"ın qonağı olacaq "Şkendiya"nın (Şimali Makedoniya) futbolçusu Kamer Qaka bu gün keçirilən mətbuat konfransında deyib.

Albaniyalı yarımmüdafiəçi "Qarabağ"ın heyətində hansısa oyunçunu fərqləndirmək istəməyib: "Fərd olaraq onu deyə bilmərəm. Futbolçulara fərdi fikir vermirəm. Futbol komanda oyunudur. "Qarabağ" kollektiv oynayır. Ona görə ad çəkməyəcəm".

O, 2-ci mərhələdə FKSB-ni keçməyin motivasiyası ilə bağlı isə bunları deyib: "Hər oyunçunun istəyi odur ki, qələbə qazansın. Biz də oyuna bu niyyətlə çıxacağıq. FKSB ilə matçda qələbə bu görüş üçün fakt deyil".

Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 20:00-da başlayacaq. Komandalar arasında Şimali Makedoniyada keçirilən oyun "Qarabağ"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
36
50
qol.az

10Sources