EN

"Daha aqressiv və hücummeyilli oynayacağıq" - "Şkendiya"nın baş məşqçisi

style='margin-bottom:10px;'>

"Sabah çox çətin oyun olacaq. "Qarabağ" çox güclü, təcrübəli komandadır. Sabah maksimumu edəcəyik. Qol vurmağa çalışacağıq. Birinci oyunu uduzmuşuq. İtirəcəyimiz bir şey yoxdur".

QOL.az xəbər verir ki, bu sözləri UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunu çərçivəsində sabah "Qarabağ"ın qonağı olacaq "Şkendiya"nın (Şimali Makedoniya) baş məşqçisi Jeton Beqiri bu gün keçirilən mətbuat konfransında deyib.

O, etiraf edib ki, 0:1 hesabı ilə uduzduqları ilk görüşdə "Qarabağ" daha çox qol vura bilərdi: "Razıyam. İlk oyunda problemlərimiz var idi. Xüsusilə də fiziki problem. Qolda istəmədən səhv etdik, penalti oldu. Bizim də imkanlarımız var idi".

J.Beqiri qeyd edib ki, komandası bu dəfə daha hücumameyilli oynayacaq: "Çalışdıq ki, maksimumu edək. Xüsusilə birinci hissədə "Qarabağ" daha yaxşı oynadı. Fiziki cəhətdən geri qalmağımız hiss olunurdu. Amma ikinci hissədə biz daha yaxşı oynadıq. Bizim də qol şanslarımız oldu. Razıyam ki, bu dəfə daha aqressiv və daha hücummeyilli oynayacağıq. Çünki itərəcəyimiz bir şey yoxdur".

Baş məşqçi "Qarabağ"ın tarixinin ən yaxşı futbolçularından biri - Şiamli Makedoniyadan olan Muarem Muaremlə rəqibləri ilə bağlı danışmadığını bildirib: "Bəli, Muaremi yaxşı tanıyıram. Həmkarımızdır hazırda. Vəziyyət belədir ki, "Qarabağ" bizim oyunları izləyir, biz də onları asanlıqla izləyirik. Hörmət xatirinə onunla əlaqə saxlamadım. Çünki bilirəm ki, Muaremin Qurban Qurbanovla yaxşı münasibəti var". 

K.Beqiri komandasının "Qarabağ"la müqayisədə daha çox yorğun olduğunu deyib: "Qarabağ"ın "Şelburn"la matçı bizdən bir gün qabaq olmuşdu. Onların əlavə dincəlmək vaxtı oldu. Səfərlərimiz bizi yormuşdu. Ölkə çempionatı başlamadığı üçün "Qarabağ" əlavə oyunlar oynamır. Amma sabahkı matçda gücümüz kifayət edəcək".

Chosen
37
50
teleqraf.com

10Sources