EN

Türkiyədə meşə yanı

Türkiyənin Çanakqala vilayətində meşə yanır.

"Report" Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə Kəpəz rayonunda qeydə alınıb.

Hazırda yanğının söndürülməsi üçün havadan və qurudan müdaxilə edilir. Hadisə yerinə beş təyyarə, beş helikopter, 32 su maşını, 14 yanğınsöndürən və 455 nəfərlik şəxsi heyət cəlb olunub.

Çanakqala valisi Ömer Toramanın sözlərinə görə, bir kənd təxliyə edilib. O, küləyin təsiri ilə yanğının genişləndiyini bildirib.

Hadisə ilə əlaqədər olaraq Çanakqala boğazı və Çanakqala-Ezine quru yolu müvəqqəti olaraq bağlanıb.

Həmçinin Çanakqala aeroportunun fəaliyyəti də müvvəqəti olaraq dayandırılıb.

Yanğının səbəbi hələ ki məlum deyil.

"Cebheinfo.az" 

Chosen
33
13
cebheinfo.az

10Sources