EN

Tramp "Rusiyaya gedəcəyini" elan edib

"Putinlə görüşəcəyəm. Cümə günü Rusiyaya gedirəm".

Moderator.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda təhlükəsizlik tədbirlərinə həsr olunmuş mətbuat konfransında bildirib.

"Mən burada (Vaşinqtonda) olmağı və bu şəhərin nə qədər təhlükəli, çirkli və iyrənc olduğundan danışmağı xoşlamıram. Bir vaxtlar gözəl paytaxt indi qraffiti ilə örtülüb", - Tramp qeyd edib.

Xatırladaq ki, avqustun 15-də ABŞ dövlət başçısı rusiyalı həmkarı ilə Alyaskada görüşəcək. ABŞ-nin öz ərazisinə görə ən böyük ştatı olan Alyaska 1867-ci ilədək Rusiyaya məxsus olub və sonradan ABŞ-yə satılıb.

Chosen
65
50
moderator.az

10Sources