EN

Azərbaycanda AĞIR QƏZA - Ölənlər və yaralananlar var

Biləsuvar rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

News24.az "Report"a istinadən xəbər verir ki, hadisə köhnə Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində qeydə alınıb.

Hadisə zamanı "Mercedes" markalı minik avtomobili ilə "VAZ-2115" markalı nəqliyyat vasitəsi toqquşub.

İlkin məlumata görə, qəza nəticəsində iki nəfər ölüb, üç nəfər yaralanıb.

Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hazırda ölən və yaralanan şəxslərin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.


Chosen
123
50
news24.az

10Sources