EN

Sabah bizi "Qarabağ"la çətin oyun gözləyir - “Şkendiya”nın futbolçusu

Sabah bizi çətin oyun gözləyir.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Şimali Makedoniyanın “Şkendiya” komandasının futbolçusu Kamer Qaka UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”a qarşı keçirəcəkləri cavab oyunundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.

O, "Qarabağ"ın güclü komanda olduğunu bildirib: "Təəssüf ki, ilk matç istədiyimiz kimi alınmadı. Amma əlimizdən gələni edib, qələbə qazanmaq istəyirik. Onların yaxşı oyunçuları var".

Qeyd edək ki, Ağdam klubu ilk görüşdə 1:0 hesablı qələbə qazanıb. Komandalar arasında cavab qarşılaşması avqustun 12-i saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda olacaq.

Chosen
24
50
bakivaxti.az

10Sources