Ajans.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.
Ermənistan Xarici İşlər Nazirliyi də ATƏT-in Minsk qrupunun buraxılması tələbini təşkilata üzv olan dövlətlərə göndərdiyi barədə bəyənat yayıb: "Daha əvvəl elan edilmiş razılaşmaya uyğun olaraq, bu gün ATƏT-in Minsk prosesinin və əlaqədar strukturların ləğvi ilə bağlı birgə ərizə və təklif olunan müvafiq qərar layihəsi ATƏT-in iştirakçısı olan dövlətlərə göndərilib".