ABŞ Prezidenti Donald Tramp avqustun 15-də Rusiyaya səfər edəcəyini və Kreml rəhbəri Vladimir Putinlə görüşəcəyini açıqlayıb.
Bu barədə o, Ağ Evdə keçirilən mətbuat konfransında bildirib.
“Cümə günü Rusiyaya gedirəm. Putinlə görüşəcəyəm”, – deyə Tramp vurğulayıb.
Daha əvvəl Tramp eyni tarixdə görüşün keçiriləcəyini demiş, lakin sammitin Alyaska ştatında baş tutacağını bildirmişdi.
//Samir Qurbanov, Editor.az