BAKI, TurkicWorld, Səməd Əyyubov
ABŞ prezidenti Donald Tramp, avqustun 15-də Rusiya prezidenti Vladimir Putinlə görüşməyi planlaşdırdığını təsdiqləyib.
TurkicWorld xəbər verir ki, Tramp görüşün Rusiyada keçiriləcəyini bildirib.
“Mən Putinlə görüşəcəyəm. Cümə günü Rusiyaya gedəcəyəm” – deyə, Tramp qeyd edib.
O əlavə təfərrüatlar açıqlamayıb və ehtimal edilir ki, ifadəsində səhvə yol verib.
Bundan əvvəl həm Rusiya, həm də ABŞ rəsmiləri Putin və Trampın avqustun 15-də Alyaskada görüşəcəyini bəyan etmişdilər.