EN

Niyə Tramp və Putin görüş üçün “əlverişsiz” Alyaskanı seçiblər?

...Alyaska ABŞ-ın Rusiyaya ən yaxın ərazisi, iki ölkənin materikləri arasındakı məsafə təqribən 88 km olsa da, həm Vladimir Putin, həm də Donald Tramp avqustun 15-də keçiriləcək sammitdə iştirak etmək üçün çoxlu saatlarla uçmalı olacaqlar.

Sual oluna bilər: bəs niyə görüşüçün Alyaskanı seçilib?

SİA xəbər verir ki, bu suala Kiyevdə işləyən Guardian-ın jurnalisti Dan Sabbaq cavab verməyə çalışıb.

O, məqaləsində Putinin xarici işlər üzrə müşaviri Yuri Uşakovun Alyaskanı sammitin keçirilməsi üçün “tamamilə məntiqli” yer adlandırdığını xatırladır: “sanki ölkələri ayıran Berinq boğazından uçmaq adi bir səyahətdir”.

ABŞ və Rusiyanın materik hissəsi arasındakı məsafə həqiqətən təxminən 88 km olsa da, bu, Moskvadan Alyaskanın ən böyük şəhəri olan Ankoricə təxminən doqquz saatlıq uçuş deməkdir.

Hətta Vaşinqtondan Air Force One ilə uçacaq Tramp üçün belə səyahət səkkiz saatdan bir qədər az çəkəcək.

“The Guardian” yazır ki, Alyaska buna görə də hər iki tərəf üçün logistik cəhətdən yöndəmsiz yerdir və bu, yer seçimində digər amillərin də rol oynadığını göstərir.

Nəşrin jurnalisti belə bir neçə faktorun adını çəkir.

Birincisi, bu ucqar dövlət Ukraynadan və onun avropalı müttəfiqlərindən uzaqda yerləşir və bu da onları arxa plana keçirməklə hədələyir.

Tramp - ən azı nəzəri cəhətdən - Ukrayna prezidenti Vladimir Zelenskinin görüşdə mümkün iştirakına açıq görünsə də, "Putinin bu qədər qonaqpərvər olacağını təsəvvür etmək çətindir".

Nəticə etibarı ilə rus diktatoru üçün ən yüksək mükafat Ağ Evin sahibi ilə - sanksiyalar, ticarət, NATO-nun Avropaya təsiri və s. ilə bağlı təkbətək görüş keçirmək şansı idi.

Bütün bu danışıqlar mövzuları onun Ukraynada hökmranlıq etmək istəklərindən çox-çox kənara çıxır.

Bununəşrin müəllifi xatırladır.

Bundan əlavə, Alyaska rus diktatorunun səfəri üçün təhlükəsiz yerdir. Putin iki ildən artıqdır ki, uşaqların Ukraynadan Rusiyaya məcburi deportasiyası ilə bağlı hərbi cinayətlər ittihamı ilə onun barəsində həbs qərarı çıxaran Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən hələ də axtarışdadır.

Lakin nə Rusiya, nə də ABŞ bu məhkəmənin yurisdiksiyasını tanımır.

Bu təhlükəni nəzərə alaraq Putinin keçməli olacağı heç bir dost olmayan ölkə yoxdur. Axı, dünyanın “tacı” üzərindən uçmaq onun üçün fəsadların yarana biləcəyi digər ölkələrlə, o cümlədən Qara dəniz vasitəsilə İstanbula getməkdən qat-qat asandır.

“The Guardian” xatırladır ki, tarixi təcrübə də göstərir ki, ABŞ-Rusiya və ya ABŞ-SSRİ sammitləri daha çox “sərin yerlərdə keçirilirdi ki, bu da müəyyən dərəcədə hər iki ölkənin daha şimalda yerləşməsini əks etdirir”.

…Ən diqqətçəkən görüş 2018-ci ildə Helsinkidə olub.

Daha sonra Tramp və Putin Finlandiyanın paytaxtında sonuncu dəfə görüşəndə ABŞ lideri Rusiyanın 2016-cı il ABŞ seçkilərinə müdaxiləsi ilə bağlı ittihamlara gəlincə, Putinə öz xüsusi xidmət orqanlarından daha çox güvəndiyini bildirib. Soyuq müharibəni xatırlayanlar isə 1986-cı il Reykyavik sammitini xatırlaya bilər, burada Ronald Reyqan və Mixail Qorbaçov tam razılığa gələ bilməsələr də, nüvə silahının ləğvi məsələsini müzakirə ediblər.

The Guardian yazır bunu.

O zaman Qorbaçov Reyqandan kosmosa əsaslanan raket əleyhinə sistemin (“Ulduz müharibələri” kimi tanınan) sınaqlarından imtina etməsini istəyirdi.

Lakin ABŞ-ın o vaxtkı prezidenti buna razı olmadı və sammit uğursuz oldu.

İki ölkə arasında sammitlərin daha tez-tez keçirildiyi 1990-cı illərdə Bill Klinton və Boris Yeltsin Birmingem və Şropşirdə (hər ikisi İngiltərə, Böyük Britaniyada) 1998-ci ildə, Rusiyanın G8-ə yeni qoşulduğu vaxtlarda görüşdülər. Bununla belə, nüvə tərksilahı və daxili əməkdaşlıq indi başqa dövrlərin qəribə əks-sədasıdır…

Bunu isə Dan Sabbagh yazır.

Avqustun 15-də Alyaskada keçiriləcək görüş 2010-cu ildən bəri yalnız dördüncü ABŞ-Rusiya sammiti olacaq. Danışıqların Ukraynada atəşkəsə gətirib çıxaracağı mümkün olsa da, o qeyd edir ki, nikbinlik üçün heç bir əsas yoxdur. Guardian jurnalisti yekunlaşdırır ki, Rusiya cəbhədə və arxa cəbhədə amansız müharibə aparmağa davam edir, Ukrayna şəhərlərini bombalayır, “demokratik qonşusunu boyun əyməyə məcbur etməyə çalışır”.

…Çətin ki, Vladimir Putin cümə günü Çar II Aleksandrın 1867-ci ildə ABŞ-a 7,2 milyon dollara satdığı 49-cu ştatla bağlı Donald Trampa ərazi iddiası irəli sürmək üçün Alyaskaya gəlsin, – məqalədə deyilir.

Bununla belə, Putin açıq şəkildə başqa bir “sövdələşməni” nəzərdə tutur: Trampı Ukrayna ərazisini “mübadilə etməyin” faydalarına inandırmaq cəhdi ki, o, atəşkəslə razılaşa bilsin. The Guardian xatırladır ki, bu, ABŞ prezidentinin “naəlaclıqdan istədiyi, lakin buna necə nail olacağını bilmir”.

Əli Babayev

Chosen
47
50
sia.az

10Sources