EN

Makron İsrailin Qəzzanı işğal etmək qərarını “görünməmiş bir fəlakət elanı” kimi qiymətləndirib


Fransa prezidenti Emmanuel Makron İsrailin Qəzzanı işğal etmək qərarına reaksiya verərək, bunun görünməmiş bir fəlakət elanı olduğunu deyib.Fransa prezidenti Makron BFMTV-yə verdiyi müsahibədə, "İsrail Nazirlər Kabinetinin Qəzza şəhərinə və əl-Məvasi düşərgələrinə qarşı əməliyyatlarını genişləndirəcəyini və onları yenidən işğal edəcəyini açıqlaması, görünməmiş bir fəlakət və daimi müharibədə (yeni) mərhələnin elanıdır" dedi.

Netanyahu bildirib ki, onlar Həmas və ya Fələstin rəhbərliyinə Qəzza zolağına nəzarət etməyə icazə verməyəcəklər.
Netanyahu və Tramp Qəzza şəhərinin işğalı qərarını müzakirə ediblər.
Netanyahunun bütün Qəzzanı işğal etmək planının təfərrüatları ortaya çıxıb.
Qəzzada mülki vətəndaşların və HƏMAS-ın saxladığı məhbusların İsrailin strategiyasının əsas qurbanları olmağa davam edəcəklərini qeyd edən Makron, Qəzza üçün Birləşmiş Millətlər Təşkilatının (BMT) mandatı altında beynəlxalq koalisiyanın yaradılmasını vurğuladı.

Makron, "İsrailin hərbi əməliyyatlarına yox. Bəli, terrorizmlə mübarizə, Qəzzanı sabitləşdirmək, xalqını dəstəkləmək, dinc və sabit idarəçiliyi həyata keçirmək üçün BMT mandatı altında beynəlxalq koalisiyaya".

Fransanın BMT Təhlükəsizlik Şurasında (BMT TŞ) məsələ qaldırması üçün tərəfdaşları ilə çalışacağını qeyd edən Makron, bunun qəzzalılar və əsirlər üçün “bu qəbuledilməz vəziyyətdən yeganə etibarlı çıxış yolu” olduğunu bildirib.

İsrail Qəzza şəhərini işğal etmək qərarına gəlib
İsrail Təhlükəsizlik Kabineti avqustun 8-də bölgənin şimalında Qəzza şəhərinin işğalı planını təsdiqləyib.

Baş nazir Benyamin Netanyahu Nazirlər Kabinetinin iclasından əvvəl Fox News-a verdiyi müsahibədə Qəzza zolağının hamısını işğal etməyi hədəflədiklərini söylədi.

Lakin Nazirlər Kabinetinin iclasından əvvəl işğal planı ilə bağlı mətbuatda yayılan xəbərlərdə hücumların mərhələli şəkildə həyata keçiriləcəyi bildirilirdi.

İşğalın ilk olaraq Qəzza şəhərində başlayacağı, hücumların daha sonra mərkəzi bölgədəki Fələstin qaçqın düşərgələrinə qədər uzanacağı bildirilib.

aia.az
Tərcümə şöbəsi



Chosen
26
6
aia.az

4Sources