ABŞ-ın Corciya ştatında evə düşən meteoritin Yerdən daha yaşlı olduğu məlum olub.
Referans xəbər verir ki, bu barədə “Thü Guardian” məlumat yayıb.
Bildirilib ki, Corciya Dövlət Universiteti iyunun 26-da ştatda bir evin damına düşən meteoritin analizini başa çatdırıb.
Universitet meteoritin təqribən 4,56 milyard il əvvəl əmələ gəldiyini və onun Yerdən təxminən 20 milyon il daha yaşlı olduğunu açıqlayıb./publika.az