EN

“Yuventus”a görə “Beşiktaş”ın təklifini rədd etdi - “Mançester Yunayted”in vingeri

“Mançester Yunayted”in vingeri Ceydon Sanço karyerasını “Yuventus”da davam etdirmək istəyir.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 25 yaşlı futbolçu ilə “Beşiktaş” maraqlansa da, bu klubun təklifləri rədd edilib.

İngiltərəli oyunçu “Yuventus”a keçmək arzusunda olduğu üçün digər iddiaçılara müsbət cavab vermir. Ancaq turinlilər hələlik transferi yekunlaşdırmaqda tələsmir.

Sançonun durumunu “Roma” da izləyir. Baş məşqçi Can Pyero Qasperini onun bacarıqlarını yüksək qiymətləndirir.

“Mançester Yunayted” artıq Sançonu satış siyahısına salıb. O, baş məşqçi Ruben Amorimin planlarına uyğun gəlmir.

Chosen
65
50
sportinfo.az

10Sources