EN

Türkiyədə ağardıcı krem 4 nəfəri XƏSTƏXANALIQ ETDİ

Türkiyənin Van bölgəsində ağardıcı krem 4 nəfəri xəstəxanalıq edib. 

News365.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.   

Bildirilib ki, onlayn olaraq satılan məhsul istifadə edən şəxslərin dərisini yandırıb. 

Eyni şikayətlə 4 nəfər xəstəxanaya yerləşdirilib. 

  28 yaşlı zərərçəkən bildirib ki, yaxın ətrafında da bu kremdən istifadə edənlər olub: 

“Bu ağardıcı məhsulu istifadə edənlər var idi. Onlara güvənib aldım. İlk istifadə etdiyim zaman heç bir əks təsir görmədim. Lakin istifadəni dayandırdıqdan təxminən 5 gün sonra bu problemlər, qızartılar, yanıqlar əmələ gəldi”.

Chosen
31
7
news365.az

10Sources