EN

Paşinyan Putinə zəng edib: Vaşinqton görüşü güzakirə olunub

Ayna portalından verilən məlumata əsasən, ain.az bildirir.

Telefon danışığı Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutub

Rusiya Prezidenti Vladimir Putinin Ermənistan Baş naziri Nikol Paşinyanla telefon danışığı olub. AYNA.AZ xəbər verir ki, bu barədə Kremlin Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, telefon danışığı Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutub.

Nikol Paşinyan avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünün nəticələri barədə ətraflı məlumat verib.

Vladimir Putin İrəvan və Bakı arasında davamlı sülhün təmin olunmasına töhfə verən addımların vacibliyini qeyd edib.

Rusiya tərəfinin “2020-2022-ci illərdə ən yüksək səviyyəli üçtərəfli razılaşmalara – Ermənistan-Azərbaycan münasibətlərinin hərtərəfli normallaşmasına, o cümlədən regionda nəqliyyat kommunikasiyalarının blokdan çıxarılmasına kömək etməyə hazır olduğu” təsdiqlənib.

Vladimir Putin öz növbəsində, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff ilə görüşünün əsas nəticələrindən və Alyaskada Donald Tramp ilə görüşə hazırlıqdan danışıb.

Ermənistanın Baş naziri Ukrayna böhranının sülh yolu ilə həllinə yönəlmiş addımları alqışlayıb.

Avrasiya İqtisadi İttifaqı çərçivəsində ticarət-investisiya əməkdaşlığının və qarşılıqlı fəaliyyətin daha da inkişaf etdirilməsinə vurğu edilib, ikitərəfli gündəliyin bəzi aktual məsələlərinə toxunulub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
105
8
ayna.az

10Sources