
Zoğal, həm dadı, həm də faydası ilə mətbəximizin sevilən ləzzətlərindən biridir. Zoğal mürəbbəsi isə soyuq günlərdə süfrənizə təbiətin canlandırıcı enerjisini gətirir. Ev şəraitində asanlıqla hazırlaya biləcəyiniz bu mürəbbə həm sulu, həm də daha qatı dadı ilə hər kəsin xoşuna gələcək.Resept:İlk öncə 1 kq zoğalı yaxşıca yuyub, saplaqlarını təmizləyin. Qazana 2 stəkan su əlavə edib qaynadın, sonra zoğalları töküb 5 dəqiqə bişirin. Üzərinə 1 kq şəkər tozu əlavə edib, qarışdıraraq orta odda bişirməyə davam edin. Qaynayarkən üzərində yaranan köpükləri toplayın. Mürəbbə qatılaşmağa yaxın 1 çay qaşığı limon duzu əlavə edin. Hazır olduqda isti halda steril bankalara tökün və ağzını möhkəm bağlayın. Sulu mürəbbə istəyirsinizsə, tez götürün!Ulusum.az
Diqqət Çəkənlər
Fərizə — Vəfanın, Sevginin, Qəhrəmanlığın adı - VİDEO
Rusiya ordusunun itkiləri artır
Cəlilabadlı qadın kəndə hücum edən çaqqalı əl gücü ilə məhv etdi - VİDEO