EN

Azərbaycan və Ermənistan bir-birinə ərazi iddiası QALDIRMAYACAQ

Tərəflər, I Maddəyə tam riayət etməklə, bir-birinə qarşı hər hansı ərazi iddialarının olmadığını və gələcəkdə belə iddialar qaldırılmayacağını təsdiq edirlər.

Bizim.Media xəbər verir ki, bu, Azərbaycanla Ermənistan arasında imzalanmış paraflanmış sülh sazişinin mətnində öz əksini tapıb.
 

MÖVZU İLƏ BAĞLI:

SON DƏQİQƏ! Ermənistanla paraflanmış sülh sazişinin MƏTNİ AÇIQLANDI - FOTO


Qeyd olunub ki, tərəflər digər tərəfin ərazi bütövlüyü və ya siyasi birliyini tamamilə və ya qismən parçalamağa yönəlmiş hər hansı bir hərəkətə, o cümlədən belə hərəkətlərin planlaşdırılmasına, hazırlanmasına, həvəsləndirilməsinə və dəstəklənməsinə yol verməyəcəklər.

Bizim.Media

Chosen
17
50
bizim.media

10Sources