"Sabah çox intizamlı komanda olmalıyıq"
Operativ Media xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Şkendiya" ilə cavab oyunu öncəsi keçirilən mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis Kadi Borqesin son oyunu haqda da danışıb:
"Kadi intizamsız deyil. Futbolçularımın hamısı istəklidir. Avropa futbolunda oyunlara baxsaz görərsiz ki, top itkiləri çoxalıb. Kadiyə verilən tapşırıq var idi, topsuz oyunda istədiklərimizi etdi. Qarşıdakı oyunda Kadi daha yaxşı olacaq".
Qurbanov Addainin özünü inkişaf etdirdiyini bildirib:
"Ümumiyyətlə istənilən futbolçunun çatışmayan cəhətləri var. Gəldiyi vaxtla bu günü fikirləşsək Addainin oyununda çox fərq var. Bəzi narazılıqlarım olub, amma indi daha yaxşı olmağa çalışır".