EN

Dövlət Dəniz və Liman Agentliyində “Açıq qapı” günü keçiriləcək

Dövlət Dəniz və Liman Agentliyində dənizçilərin hazırlanması və sertifikatlaşması, bilik və bacarıqlarının qiymətləndirilməsi, o cümlədən təlim-tədris fəaliyyətinin tənzimlənməsi üzrə son dövrlərdə həyata keçirilən islahatlar barədə dənizçilərin maarifləndirilməsi, onların sual və təkliflərinin yerində dinlənilərək operativ şəkildə cavablandırılması məqsədilə avqustun 20-si saat 10:00-da Agentliyin inzibati binasında “Açıq qapı” günü keçiriləcək. Metbuat.az xəbər verir ki, “Açıq qapı” günündə iştirak etmək istəyən dənizçilər müvafiq məlumatları (ad, soyad və əlaqə nömrəsi) [email protected] e-poçt ünvanına göndərərək qeydiyyatdan keçə bilərlər. Qeyd edək ki, Agentlik tərəfindən xidmətlərin göstərilməsində vətəndaş məmnunluğunun təmini məqsədilə “Açıq qapı” günləri mütəmadi olaraq təşkil edilir.

Bu barədə Agentliyin rəsmi veb-saytında (ddla.gov.az) və sosial şəbəkə hesablarında məlumat verilir.

Chosen
9
31
metbuat.az

10Sources