EN

Paşinyan Ərdoğanla sülh sazişini müzakirə etdi

Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparıb.

7Times.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Söhbət zamanı Paşinyan Ərdoğana avqustun 8-də Vaşinqtonda keçirilən danışıqların nəticələri, o cümlədən “Ermənistan və Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlərin yaradılması haqqında saziş”in paraflanması, Minsk qrupunun mexanizmlərini ləğv etmək üçün ATƏT-ə birgə müraciət, ölkələrin ərazi bütövlüyü, suverenliyi və yurisdiksiyası prinsipləri əsasında açılacaq Zəngəzur dəhlizi (“Beynəlxalq Sülh və Rifah üçün Tramp Yolu” layihəsi) barədə məlumat verib.

Baş nazir qeyd edib ki, Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması regional əməkdaşlığın yeni səviyyəsinə çıxmaq üçün imkan yaradır.

Ermənistan-Türkiyə ikitərəfli gündəliyindəki məsələlər, xüsusən də əvvəllər əldə edilmiş razılaşmaların icrasının gedişi müzakirə olunub.

Paşinyan vurğulayıb ki, bu razılaşmaların həyata keçirilməsi üçün atmosfer indi həmişəkindən daha əlverişlidir.

Liderlər fəal siyasi dialoqun davam etdirilməsi barədə razılığa gəliblər.

Chosen
66
36
7times.az

10Sources