EN

Azarkeşlər 85 milyonluq transferi tənqid atəşinə tutdular

"Mançester Yunayted"in yeni transferi Benyamin Şeşko "Leyptsiq"dən 85 milyon avroya başa gələn keçidinin ardından yeni klubundakı ilk gününü keçirib.

Publika.az xəbər verir ki, 22 yaşlı sloveniyalı hücumçu şənbə günü parlaq qırmızı rəngli "Jeep" markalı avtomobilin sükanı arxasında Karrinqtondakı məşq bazasına gedib, orada yeni komanda yoldaşları, o cümlədən Bruno Fernandeş və Coşua Zirkzee ilə tanış olub.

Klub "pərdəarxası" adlı qısa video yayımlayıb. Kadrlarda Şeşko "Yunayted"in ev formasında rəsmi fotolarını çəkdirir, ilk müsahibəsini verir və beşillik müqaviləyə imza atır.

Azarkeşlər yeni hücumçunu səmimi şəkildə qarşılasalar da, onun avtomobil seçimi sosial şəbəkələrdə müzakirələrə səbəb olub və "qırmızı şeytanlar"ın yeni üzvünə qarşı tənqid dalğası yaradıb.

Chosen
23
17
publika.az

10Sources