EN

Seysmoloqdan xəbərdarlıq: 6-7 bal gücündə altı böyük zəlzələ...

Türkiyəli seysmoloq Osman Bektaş ötən gecə Balıkəsirdə baş verən zəlzələdən sonra təəccüblü xəbərdarlıqlar edib.

Publika.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, seysmoloq bunun "şiş kimi böyüyən zəlzələlər" qrupunun bir hissəsi olduğunu bildirib.

Bektaşın sözlərinə görə, seysmik təhlükə yeni vilayətlərə qədər genişlənə bilər. O, Şimaldan Simav, cənubdan isə Gediz qırılması ilə əhatə olunan bu blokun 1969-2025-ci illər arasında 6-7 bal gücündə altı böyük zəlzələ meydana gətirdiyini söyləyib.

O qeyd edib ki, bu zəlzələlər qırılmaların bir-birinə gərginlik ötürməsi, yəni bir-birini işə salması ilə meydana gəlir.

Chosen
19
36
publika.az

10Sources