EN

ABŞ-Azərbaycan strateji yaxınlaşması: Enerji, müdafiə və texnologiyada  yenu səhifə

"Azərbaycanla Amerikanın strateji əlaqələrinin güclənməsi enerji sektorunda və iqtisadiyyatın şaxələndirilməsi prosesində ABŞ-nin təsiri çoxalacaq".

Bunu Azərbaycan-ABŞ münasibətlərinin yeni mərhələsinin mümkün təsirlərini şərh edən politoloq Kamran Məmmədli Bakıvaxtı.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, iki ölkə arasındakı strateji əlaqələrin güclənməsi alternativ enerji sahəsində, xüsusilə Xəzər dənizində külək enerjisi və günəş enerjisi layihələrində Amerika investisiyalarının və texnologiyasının ölkəyə gətirilməsinə, iqtisadiyyatın neft-qaz asılılığını azaltmağa kömək edə bilər. Politoloq bildirib ki, həmçinin müdafiə və təhlükəsizlik sahəsində ABŞ ilə əməkdaşlıq sərhədlərin qorunması, kibertəhlükəsizlik, antiterror əməliyyatları və kəşfiyyat məlumatlarının paylaşılması kimi istiqamətlərdə ölkəmizin imkanlarını xeyli artıra bilər. Eyni zamanda süni intellekt və texnologiya istiqamətində ABŞ-nin dəstəyi və yatırımları Azərbaycan üçün çox önəmlidir:

“Diplomatik müstəvidə isə Vaşinqtonla yaxın münasibətlər Azərbaycanın beynəlxalq aləmdə mövqelərini möhkəmləndirə, bəzi beynəlxalq təşkilatlarda və qərarvermə mexanizmlərində ölkəmizə əlavə üstünlüklər qazandıra bilər. Unutmayaq ki, ABŞ cənab İlham Əliyevin də dediyi kimi, dünyanın bir nömrəli gücüdür, bir nömrəli ölkəsidir. Bu baxımdan sadaladığım və sadalamadığım bir çox məsələ var ki, ABŞ-nin dəstəyi ilə həmin sahələri inkişaf etdirmək mümkündür".

Kamran Məmmədli: Rusiya bu cür yaxınlaşmanı regiondakı geosiyasi balansa təhdid kimi qəbul edə bilər

ABŞ-Azərbaycan yaxınlaşmasına Rusiyanın münasibətinə də toxunan K.Məmmədli vurğulayıb ki, Rusiya bu cür yaxınlaşmanı regiondakı geosiyasi balansa təhdid kimi qəbul edə bilər. Bu baxımdan Moskva münasibətlərdə müəyyən sərtlik nümayiş etdirərək iqtisadi, hərbi və ya diplomatik təzyiq mexanizmlərindən istifadə edə bilər.

"Ölkə başçısı İlham Əliyevin ABŞ-də olduğu ərəfələrdə Rusiya tərəfindən Ukraynada "SOCAR"a məxsus ərazilərin bombardman edilməsi də bunun göstəricisidir. Böyük ehtimal bu cür təzyiqlər bundan sonra da davam edəcək. Lakin dövlətimiz müttəfiqləri ilə birlikdə bunun da öhdəsindən gələcək", - Kamran Məmmədli qeyd edib.

Gülşən Şərif

Chosen
5
50
bakivaxti.az

10Sources