EN

"Bavariya" futbolçusunu Səudiyyə Ərəbistanı klubuna 30 milyon avroya satacaq

Almaniyanın "Bavariya" klubu Kinqsli Komanı Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Nəsr"ə 30 milyon avroya satacaq.

"Report" xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Fransalı futbolçu bu həftə tibbi müayinədən keçdikdən sonra Səudiyyə Ərəbistanı klubu ilə 3 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, K.Koman 2017-ci ilin yayından Münhen təmsilçisinin formasını geyinir. O, bu müddət ərzində bütün turnirlərdə 339 matçda iştirak edib, 72 qol və 71 məhsuldar ötürmə ilə fərqlənib. Oyunçunun klubla müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.

"Transfermarkt" Komanın dəyərini 30 milyon avro qiymətləndirir.

Chosen
32
24
report.az

10Sources