EN

Azərbaycanda daha üç faydalı qazıntı yatağı istifadəyə verilib

Balakən və Oğuz rayonlarında yerləşən 3 faydalı qazıntı yatağı istifadəyə verilməsi ilə bağlı növbəti hərrac keçirilib.

Ölkə.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (ƏMDX) istinadən xəbər verir.

Məlumata görə, istifadəyə verilən yataqlar Balakən rayonunda yerləşən “Katexçay” qum-çınqıl yatağı (1,15 ha) və Oğuz rayonunda olan Muxas-Daşağılçay” qum-çınqıl yatağı (16 ha) və “Nic” gil yatağıdır (3,5 ha).

Hərracı ƏMDX-nın Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi təşkil edib.

Chosen
8
21
olke.az

10Sources