EN

İsrailin terroruna qarşı səbr tükənib - Bahçeli

BAKI, TurkicWorld, Nərmin Ağayeva

Türkiyənin Milliyetçi Hareket Partisi (MHP) lideri Devlet Bahçeli İsrailin bölgədə həyata keçirdiyi “terror kampaniyası”na qarşı səbrin tükəndiyini bildirib.

TurkicWorld xəbər verir ki, Bahçeli Qəzzada davam edən humanitar böhranı “insanlıq irsinə qarşı vəhşilik” adlandıraraq, Netanyahunun Qəzzanı işğal və ilhaq planlarının qarşısının dərhal alınmalı olduğunu vurğulayıb. O, BMT-ni “Sülh Qüvvələri” vasitəsilə qırğına son qoymaq üçün hərəkətə keçməyə çağırıb.

Bahçeli HƏMAS-ın “haqlı mübarizəsinin” dəstəklənməli olduğunu, Türkiyənin İsrailə reaksiyalarının isə “haqlı, şərəfli və qanuni” olduğunu qeyd edib. O, həmçinin ölkə daxilində yayılan bəzi iddiaların xarici əlaqəli kəşfiyyat əməliyyatları ilə bağlı ola biləcəyini və bunun hərtərəfli araşdırılmasının vacibliyini bildirib. MHP lideri, “Terrordan Azad Türkiyə” hədəfinə doğru irəliləmək üçün milli həmrəylik və siyasi sabitliyin qorunmasının əhəmiyyətini vurğulayıb.

Qeyd edək ki, Qəzzada aylardır davam edən münaqişə nəticəsində minlərlə insan həlak olub, bölgədə ərzaq, su və dərman çatışmazlığı kəskinləşib.

Chosen
42
2
turkic.world

3Sources