EN

Rasmus Hoylund qərarsızdı

"Mançester Yunayted"in hücumçusu Rasmus Hoylund gələcəyi ilə bağlı qərar verə bilmir.

90deqiqe.Az-ın "Goal"a istinadən məlumatına görə, danimarkalı bu yaxınlarda "Milan"a keçməyə razılaşsa da, tezliklə fikrini dəyişib.

Hoylund "mankunianlılar"ın start heyətində yer almaq üçün mübarizə aparmaq və yeni hücumçu Benjamin Şeşko ilə rəqabət aparmaq istəyir.

"Rossoneri"nin idman direktoru İqli Tare futbolçunu "Milan"la müqavilə imzalamağa razı salmaq üçün daha bir neçə gün İngiltərədə qalacaq.Daha əvvəl danimarkalı futbolçu "qırmızı şeytanlar"ın çalışdırıcısı Ruben Amorimin növbəti mövsüm onunla planlarında olmadığını öyrəndikdən sonra "Milan"a getmək qərarına gəlmişdi.

 Ötən mövsüm Rasmus Hoylund “Mançester Yunayted”in heyətində 52 oyun keçirib, 10 qol vurub və 4 məhsuldar ötürmə edib.

Chosen
19
33
90deqiqe.az

10Sources