EN

Azərbaycan əhalisinin ən çox istifadə etdiyi mobil telefon modelleri açıqlandı – Siyahı

2020-ci ilin rəqəmlərində Azərbaycan əhalisinin mobil telefon seçimində “Samsung” markası üstünlük təşkil edirdisə, 2025-ci ildə mənzərə köklü şəkildə dəyişib. Daha dəqiq desək, 2020-ci ildə mobil telefon istifadəçilərinin 49,12%-i “Samsung”, 25,56%-i “Xiaomi”, 13,45%-i “Apple”, 11,87%-i isə digər markalara üstünlük verirdisə, cari ildə “Samsung”un bazar payı 26,39%-ə , “Xiaomi”nin satışı isə 19,95%-ə enib. 2025-ci ildə “Apple” istifadəçilərinin payı artaraq 18,81%-ə yüksəlib.

Banker.az bu barədə Media Təhlil Mərkəzinin (MTM) “Global Stats” Statistika Mərkəzinin açıqladığı rəsmi rəqəmlər əsasında hazırladığı təhlilə istinadən xəbər verir.

Ən diqqətçəkən dəyişiklik isə digər markalar kateqoriyasında baş verib, 2020-ci ildə 11,87% olan pay 2025-ci ildə 34,85%-ə çatıb.

2025-ci ilin məlumatına əsasən, “Honor” digər kateqoriyasında yer alan mobil telefonların 4,54%-ni, “Huawei” isə 1,08%-ni təşkil edib.

Chosen
13
banker.az

1Sources