EN

Putin yenidən adını tarixə yazdırdı

ABŞ Prezidenti Donald Tramp ilə Ukrayna məsələləri və ikitərəfli münasibətləri müzakirə etmək üçün 15 avqustda görüşməyi planlayan Rusiya Prezidenti Vladimir Putin uzun illərdən sonra ilk dəfə ABŞ-yə səfər edəcək.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Putinin ABŞ-yə sonuncu səfəri 2015-ci ildə baş tutub. ABŞ tarixində Nikita Kruşçev, Leonid Brejnev, Mixail Qorbaçov, Boris Yeltsin və Dmitri Medvedev kimi rus liderləri səfər etmiş olsa da, Putin Alyaskaya gedən ilk Rusiya lideri olaraq tarixə keçəcək.

Alyaska ilk dəfə 1732-ci ildə Rusiyalı kəşfiyyatçılar Mixail Gvozdev və İvan Fedorov tərəfindən kəşf olunub. Sonrakı illərdə bu ərazi ticarətçilər tərəfindən istifadə olunmağa başlanılıb. Başlanğıcda Rusiyanın bir ərazisi olan Alyaska kürk ticarəti ilə dövlətə gəlir gətirib. 1799-cu ildə burada Rus-Amerika Şirkəti qurulub. 

1857-ci ildə Rus çarı II Aleksandrın qardaşı knyaz Konstantin Nikolayeviç Alyaskanın satılması fikrini irəli sürüb. Daha sonra, II Aleksandrın təsdiqi ilə 30 mart 1867-ci ildə Alyaska  ABŞ-yə satılıb. Təxminən 1 milyon 518 min 800 kvadrat kilometrlik sahə üçün ABŞ Rusiyaya 7 milyon 200 min dollar ödəyib. Bu məbləğin bu günkü dəyəri 150 milyon dollardan çox qiymətləndirilir.

ABŞ Alyaska bölgəsini həm strateji, həm də iqtisadi baxımdan qiymətləndirərək satın alıb. 

Putin və Trampın Alyaskadakı bu tarixi görüşü ikitərəfli münasibətlər və bölgədəki aktual mövzular üçün önəmli addım olaraq dəyərləndirilir.

Chosen
64
40
unikal.az

10Sources