EN

"Azercell Telecom" Beynəlxalq İnformatika Olimpiadasında uğur qazanmış məktəbliləri təbrik edib

Boliviyanın paytaxtı Sukre şəhərində keçirilmiş 37-ci Beynəlxalq İnformatika Olimpiadasında (IOI 2025) Azərbaycan komandası uğurla çıxış edərək ölkə tarixində ən yüksək nəticəni əldə edib.

Mia.az-ın məlumatına görə, 98 ölkədən 300-dən çox məktəblinin iştirak etdiyi olimpiadada Bakı şəhəri Akademik Zərifə Əliyeva adına liseyin XI sinif şagirdi Ayxan Dəmirli gümüş medala, 157 nömrəli məktəbin X sinif şagirdi Həsən Vəliyev və Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Elvin İmanlı bürünc medallara layiq görülüblər. Ankara liseyinin XI sinif şagirdi Əli Əliyev isə həvəsləndirici mükafatla təltif olunub.

Chosen
48
27
mia.az

10Sources